Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dini lideri qaynar qazana atıb bişirdilər - DƏHŞƏTLİ RİTUAL - VİDEO

Malayziyanın daosizm dini sektasının lideri öz inanclarına uyğun ritual zamanı ölüb.

Hurriyyet.org xəbər verir ki, bu sektanın inancına görə, dini lider qazanda diri-diri bişirilməyə dözməliymiş. Dəhşətli ritual oktyabrın 23-də Ayer-Tavar şəhərindəki Sanglang Qringlog məbədinin yanında baş verib. Onların inancına tapınanlar 9 imperator Allaha bayram keçiriblər.

Bayram zamanı Quru Lim Ba gur odun üzərinə qoyulan, içərisinə su tökülmüş iri qazanın içərisinə girib. Yarım saatdan sonra onun tərəfdaşları içəridən qəribə səslər eşidiblər. Qazanın ağzı açıldıqda Quru artıq huşsuz vəziyyətdə olub. Xəstəxanaya çatdırılan Lim Banın ürək tutmasından öldüyü bildirilib. Onun bədənində ikinci dərəcəli yanıq izləri də qeydə alınıb.

Lim Ba dini lider kimi boynuna aldığı ritualı son 10 ildə ən uğurla yerinə yetirən insan olub. Sekta rəhbəri ötən il ürək şuntlaması da keçiribmiş. Qızının dediyinə görə, atası səhhətində problemlər olmasına rəğmən, ritualı yerinə yetirməkdə israr edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...