Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İstanbulda dünya tarixini dəyişdirəcək tapıntı - FOTO

İstanbulun Beşiktaş səmtində metro tikintisi üçün aparılan qazıntı işləri zamanı tarixi dəyişdirəcək arxeoloji tapıntı aşkarlanıb.

Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, qazıntı zamanı qədim Türk və Altay mədəniyyətinə aid 3 min 500 illik kurqan tipli 35 məzar tapılıb.

Beşiktaşda aparılan arxeoloji qazıntı işlərinin nəticəsi türklərin Anadoluya girişini 1071-ci il Malazgirt savaşına bağlayan ənənəvi tarixi bilgiləri sual altına qoyub. Məzarların son tunc və dəmir dövrünün başlanğıcına (m.ö 1200-1500-cü illər) aid olduğu ehtimal edilir.

Arxeooqlra bu məzarların etnik olaraq kimlərə aid ola biləcəyini hal-hazırda söyləmələrinin çətin olduğunu ifadə etsələr də, türklərin 10-cu əsrə qədər kurqan məzar adətini davam etdirdikləri elmi qaynaqlardan anlaşılır. Məzardakı insan skletləri üzərində antropoloqların araşdırmalarının nəticəsində ortaya çıxacaq analiz sonucları bu məzarlarda yatan qədim istanbullunun kökənlərinin tam olaraq aydınlaşdırılıcağı bildirilir.

İstanbul’da Türklerin ilk izleri

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...