Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Orta məktəb dərsliyində kobud səhv - FOTO

Orta məktəblər üçün 5-ci sinif ingilis dili kitabında kobud səhvlərə yol verilib.

A24.Az-ın xəbərinə görə, bu barədə blogger Vyaçeslav Sapunov özFacebook səhifəsində yazıb.

Blogger “Şərq-Qərb” nəşriyyat evi tərəfindən buraxılan dərsliyin 32-ci səhifəsində yerləşdirilən xəritədə kobud coğrafi səhvlər aşkarlayıb.

Belə ki, xəritədə Böyük Britaniyanın paytaxtı Londonun yeri səhv göstərilib, İtaliyanın paytaxtı Roma isə Rumıniya və Ukrayna kimi ölkələrin üzərindən yazılıb. Bundan əlavə, Hudzon çayı və Kambocanın adı səhv verilib, Antarktida və Kanadanın şimalı isə ümumiyyətlə xəritədən kəsilib.

Kitabın müəllifləri Nərminə Əliyeva, Gülşən Hüseynova və Rafiq Əliyevdir.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...