Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Həkim pasiyentləri gizlicə öz sperması ilə mayalandırdı - Ölkə qalmaqalla silkələndi

ABŞ-ın İndiana ştatında həkim pasiyentlərin icazəsi olmadan öz sperması ilə onlar üzərində süni mayalanma həyata keçirib.

Mynews.az xarici KİV-ə istinadən bildirir ki, 1970-ci illərin əvvəllərindən bu yana genikoloq spermanın bankdan götürüldüyünə əmin olan təxminən 50-ə yaxın pasiyentini öz sperması ilə mayalandırıb. Həkim mayalanma üçün donor olmadığı zaman bu yola əl atırmış.

Hazırda Klaynın pasiyentlərindən yalnız ikisinin uşağının atası olduğu müəyyən edilib. Məsələ ilə bağlı araşdırmalar davam edir.

İndiana ştatının qanunvericiliyinə əsasən, həkimin pasiyentin donoru olmaması barədə bir qadağa yoxdur. Həkimə nə cəza veriləcək hələ müəyyən olunmayıb.

Klayn 2009-cu ildən təqaüdə çıxıb. 78 yaşlı Donald Klaynın vəkili bildirib ki, müvəkkili günahını qəbul edəcək.  Məhkəmə 14 dekabrda baş tutacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...