Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kılıçdaroğlu: Abdullah Gül tərəfsiz bir rəhbərdir - VİDEO

“Abdullah Gül adil rəhbərlik edir,  mənim yenidən seçilib-seçilməyəcəyimə isə digər partiya rəhbərləri qərar verəcək”.

Mynews.az xəbər verir ki, bu bəyanatla “CNN TÜRK” telekanalında yayımlanan proqrama qonaq olan CHP partiyasının lideri Kamal Kılıçdaroğlu çıxış edib. 

O, 2019-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olub-olmayacağına dair suallara aydınlıq gətirib:"Biz demokratik partiya qurmuşuq, demokratiyanı ruhumuza həkk etmiş cəmiyyətik. Təbii ki prezident namizədimiz də var.

Keçmişə baxsaq, bir çox mövcud partiyalar artıq fəaliyyətini dayandırıb. Lakin partiyalar arasında CHP ən güclü partiya olaraq bu gün də öz siyasətini davam etdirir. Biz bütün qərarları demokratiya çərçivəsində müzakirə edib, qəbul edirik”.

Aparıcının "CHP-nin rəhbərliyinə Abdullah Gülü namizəd olaraq görürsünüzmü" sualına isə Kılıçdaroğlu belə cavab verib: “O, tərəfsiz bir rəhbərdir. Bu mövzuda, yəni 2019-cu ildə keçirilməsi nəzərdə tutulan seçkilərlə bağlı onunla söhbətimiz olmayıb. Sonuncu dəfə 8-9 ay əvvəl onu ziyarət edib, bir çox mövzularda söhbət etmişdik. Zaman-zaman bizi tənqid etsə də, o, ədalətli rəhbərdir. Yeri gələndə neytral qalmağı bacarır. Bu sualın cavabını zaman göstərər.”

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...