Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rəfiqəsinin böyrəyi ilə yaşayan Selena ağladı

Bu ilin avqustunda Selena Qomez böyrək köçürmə əməliyyatı etdirib, ancaq bu haqda xəbər sentyabrda yayılıb.

Mynews.az xarici KİV-ə istinadən məlumatına görə, sənətçi NBC kanalında qonaq olarkən əməliyyatdan danışıb. Müsahibəyə Qomez rəfiqəsi, 29 yaşlı Fransi Raysoyla birlikdə qatılıb. 

Müğənni ona böyrəyini verən və həyatını xilas edən rəfiqəsindən göz yaşları ilə danışıb:

"O, məni xilas etdi. Ona necə minnətdar olduğumu sözlərlə ifadə edə bilmərəm".

Qomez və Fransiya 2008-ci ildə "Disney"də keçirilən xeyriyyə tədbirində tanış olub. Onlar bir-birinə "bacı" deyir və hər zaman birlikdədirlər.





Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...