Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

12 yaşlı qız sinif yoldaşlarına çılpaq şəkillərini göndərdi - FOTO

İngiltərənin Viltşir qraflığındakı məktəblərin birində oxuyan 12 yaşlı qız sinif yoldaşlarına çılpaq şəkillərini göndərdiyinə görə polis bölməsinə aparılıb.

Mynews.az bildirir ki, çılpaq şəkillərlə bağlı qızın və dostlarının ifadəsi alınıb. Ortada cinayət olmadığına görə qız və oğlan sinif yoldaşları sərbəst buraxılıb.

Məlum olub ki, uşaq şəkilləri sinif yoldaşlarına öz istəyi ilə göndərib. Uşaq evə buraxılsa da, o, bu hərəkətinə görə psixoloji dəstək alacaq.

Bu məsələ valideynlər arasında narahatlıq doğurub. Polislər valideynləri az yaşlı uşaqlarını sosial şəbəkələrdən uzaq tutmağa çağırıblar. Qeyd olunub ki, belə hərəkətlər uşaq zorakılığı hallarının artmasına səbəb ola bilər.//Milli.Az

12 yaşlı qız sinif yoldaşlarına çılpaq şəkillərini göndərdi - FOTO

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...