Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sarkisyan: Ermənistan Metsamor AES-dən imtina etməyəcək

“Metsamor AES ən azı 2027-ci ilə qədər fəaliyyət göstərəcək”. 

Mynews.az-ın məlumatına əsasən, bunu Ermənistanın prezidenti Serj Sarkisyan RİA Novosti-yə müsahibəsində bildirib.

“Hesab edirik ki, energetika sahəsində təhlükəsizliyi təmin etmək üçün Ermənistanda həmişə atom energetikası mövcud olacaq”, – deyə Sarkisyan əlavə edib.

Qeyd edək ki, Metsamor AES-in 2016-cı ilədək işləyəcəyi nəzərdə tutulsa da, sonradan obyektin istismar müddətinin daha 10 il artırılması qərara alınıb. 

Metsamor AES-in fəaliyyəti 1988-ci ildə baş vermiş zəlzələdən sonra dayandırılıb. Bir neçə il sonra AES yenidən işə salınıb. Hazırda Ermənistanda istehsal olunan elektrik enerjisinin 1/3 hissəsi Metsamor AES-in payına düşür.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...