Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yeni doğulmuş körpəsini 6 bıçaq zərbəsiylə öldürən ana məhkəmədə gülüb - VİDEO - FOTOLAR

Rusiyanın Nijni Novqorod şəhərində yeni doğulmuş övladını öldürən qatil ananın məhkəməsi keçirilib. 

Mynews.az interaz-a istinadən xəbər verir ki, maraqlıdır ki, uşaq bağçasında tərbiyəçi işləyən qadın cəmi 3 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.

22 yaşlı Yana Ryabtsova hamilə olduğunu gizlədib. Övladını evdə dünyaya gətirən ana onu soyuqqanlı şəkildə bıçaqla qətlə yetirib və zibil yeşiyinə atıb.

 

Ryabtsovun sözlərinə əsasən, uşaq ona lazım olmayıb, məhz bu səbəbdən heç kəsə hamilə olduğu barədə məlumat verməyib, doğuşdan sonra körpədən xilas olmağa qərar verib. Körpənin boğazına bıçaqla 6 zərbə endirən qadın cəsədi dəsmala bükərək zibil yeşiyinə atıb.

Hökm oxunan vaxt qadın çox sakit görünüb, hətta son çıxışında verdiyi məsləhətlərə əməl etmədiyinə görə onu danlayan vəkili ilə ünsiyyət saxlayıb, gülümsəyib və həyat yoldaşı ilə pıçıldaşıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...