Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bələdiyyə işçisi intiharını sosial şəbəkədə bildirib - VİDEO

Antalyanın Alanya qəsəbəsində 43 yaşlı Hakan Şahin "Whatsapp" vasitəsilə iş yoldaşlarına başına tapança dayadığı fotosunu göndərib.

Hakan Şahin şəklin altına "Yolun sonuna gəldik. Bunun səbəbkarı S.Y., S.A. ve A.Y.-dir. Bu yerdə arxası olan istifadə etdi. İstifadə etsin, görək. Ümid edirəm aidiyyəti şəxslər eşidər. Son olaraq, heç kim dəfnimə gəlməsin. Allah səni bildiyi kimi etsin S. xanım" yazdıqdan sonra avtomobilində ölü tapılıb.

Fotonu görən iş yoldaşları polisə müraciət ediblər. 

Polis parklanmış avtomobildə Hakan Şahini başından güllə ilə vurulmuş vəziyyətdə tapıb.

İntihar zamanı istifadə edilən tapança da cəsədin yanında olub.

oxu.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...