Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qərbi Azərbaycan əyalətində terror - 8 iranlı sərhədçi ölüb

İranın Qərbi Azərbaycan əyalətində terrorçularla atışmada 8 iranlı sərhədçi həlak olub.

“Ölkə.Az” xəbər verir ki, bu barədə “Mehr” Agentliyi məlumat yayıb. Verilən məlumata görə, axşam saatlarında PJAK kürd terror təşkilatının üzvləri sərhədi keçərkən saxlanılıblar. Bu zaman terrorçular sərhədçilərə silahlı müqavimət göstərib. Nəticədə şüddətli atışma başlayıb.

Qeyd edək ki, sərhədçilərlə terrorçular arasında atışma İran- Türkiyə sərhədində, Çaldıran bölgəsində baş verib.

İran tərəfi isə hadisədə ABŞ-ı günahlandırır. İranlı mütəxəssislərin fikrincə, bu və digər terror aktlarında Amerika xüsusi orqanlarının əli var.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...