Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Türkiyənin bələdiyyə başqanları Cocuq Mərcanlıda

Türkiyənin 13 şəhər və rayon bələdiyyəsinin rəhbərləri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib.

Mynews.az-ın APA-nın Qarabağ bürosuna istinadən xəbərinə görə, Türkiyə nümayəndə heyəti öncə Füzuli rayonunun Horadiz qəsəbəsində 2015-ci ilin aprel döyüşlərində şəhid olanların xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.

Daha sonra bələdiyyə başqanları Çocuq Mərcanlı kənd orta məktəbində olub, məktəblilərlə görüşüblər. Məktəblilərə hədiyyələr təqdim olunub.

Səfər çərçivəsində keçirilən görüşdə Türkiyənin Adana vilayətinin Qara İsalı bələdiyyəsi ilə Cocuq Mərcanlı bələdiyyəsi arasında protokol imzalanıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...