Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İŞİD-in səhra komandiri öldürüldü

Suriyanın şərqində İŞİD terror qruplaşmasının səhra komandirlərindən biri Əbu Farik əl-Amerikinin meyiti aşkarlanıb.

Publika.az "TASS"-a istinadən xəbər verir ki, onun meyiti Markada yaşayış məntəqəsinin bazarında tapılıb.

Əbu Farik əl-Amerikinin kim tərəfindən öldürüldüyü məlum deyil. Məlumata görə, bu yaxınlarda Suriyanın şərqində naməlum şəxslər tərəfindən İŞİD-in bir neçə yüksək rütbəli üzvü qətlə yetirilib. Ehtimala görə, onları terrorçuların özləri də öldürə bilərdi.

Qeyd edək ki, Əbu Farik əl-Amerikinin ABŞ vətəndaşı olduğu bildirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...