Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Vyetnamda ölənlərin sayı 60 nəfərə çatdı - Təbii fəlakət

Vyetnamın mərkəzi və cənub bölgələrini təsiri altına alan "Damrey" qasırğası nəticəsində azı 60 nəfər həyatını itirib.

15-dən çox sakin itkin düşüb. Metbuat.az-ın məlumatına görə, iki gün əvvəl başlayan qasırğa güclü külək və yağışlarla müşahidə olunur. Sürəti saatda 150 km-ə çatan külək 120 mindən çox tikiliyə ziyan vurub. Şiddətli yağışların əmələ gətirdiyi sel üzündən bəzi bölgələrdə torpaq sürüşmələri baş verib.

30 min hektar ərazi suya qərq olub. 50 min nəfər təxliyə edilib. "Damrey" qasırğası son 20 ildə ölkədə baş verən ən güclü təbiət hadisəsidir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...