Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ohanyanın arvadı Sarkisyan haqqında - "Dodaqları Kim Kardaşyanın dodaqlarına bənzəyir"

Daha öncə xəbər verdiyimiz kimi, Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın arvadı, erməni hərbi həkimləri assosiyasiyasının sədri Ruzanna Xaçatryan sosial şəbəkə səhifəsində gizli mətnlə yüksək vəzifəli şəxslər haqqında qalmaqallı yazı yazıb.    A24.Az xəbər verir ki, Ermənistan mətbuatı və ictimaiyyəti Xaçatryanın qeydlərinin hazırkı müdafiə naziri Vigen Sarkisyana qarşı ünvanlandığını bildirməyə başladı. İddia olaraq, səsləndirilən fikirlər, qalmaqalın daha da böyüməsinə səbəb oldu.

Nəticədə, Ruzanna Xaçatryan daha bir açıqlama verdi. O, qeyd edilən şəxsin kimliyini yazısı daxilində faktiki olaraq açıqladığını bildirib və ictimaiyyət üçün həmin şəxsin bir neçə xarici görkəmini qeyd edib.

“Qarnının böyüklüyü öndən 7-8 aylıq hamilə qadını xatırladır. Dodaqları isə, Kim Kardaşyanın dodaqlarına bənzəyir. Hesab edirəm ki, mənim yazıma istinad edən agentlik tezliklə antropometrik ölçülər həyata keçirəcək və jurnalistlərin istəklərinə cavab verəcək. Bənzər görünüşlü insan onların yanında işləmir və ya qarnının böyüklüyü nəinki 7-8 aylıq, hətta 5-6 aylıq hamiləliyə daha müvafiqdir”, -deyə Xaçatryan yazıb.

Dünən isə, Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Hovannisyan Azadlıq radiosunun erməni xidmətinin canlı yayımında növbəti dəfə yazının Vigen Sarkisyan haqqında olub olmadığına dair şərh verməkdən imtina edib.

Xatırladaq ki, Ruzanna Xaçatryan daha öncəki yazısında qeyd edib: “…Özündən razı, barmağını silkələyərək hərbi xidmət, hərbi xidmətə bərabər çağırış, dövlət üçün əhəmiyyətli digər məsələlərə çarə tapan bir yüksək vəzifəli məmur məni təəccübləndirir. Mənim xatirələrim məni 18 il geri aparır. Mən Erebuni tibb mərkəzinin Fransız diş müayinəsində işləyirdim və o adamı müalicə etmişəm, 25 ilə yaxındır şəxsən tanıyıram.

Yadıma gəlir o vaxt ordudan necə yayınırdı, hərbi polisin onu necə axtardığını xatırlayıram. Atası oğlunu hərbi polisin axtarışından xilas etmək üçün, yüksək vəzifəli hərbçinin məsləhətçisi olan rəfiqəsinə müraciət etmişdi. Mən o vaxt, o qızında dişlərini müalicə edirdim və xatırlayıram ki, “qayğıkeş” rəfiqəsi, əgər səhv etmirəmsə o zaman müdafiə nazirinin müavini olan Şirxanyanın vasitəsilə onu cəzadan xilas etdi… Bu gün isə, o, guya böyük filosof, böyük müəllim, müxtəlif tribunalardan barmağını silkələyərək, gənc nəslə tərbiyəvi məsləhətlər verməyə cəhd edir…”

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...