Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Eurovision-2018”-in iştirakçılarının siyahısı və loqosu təqdim olundu

“Eurovision-2018”-in Portuqaliyadan olan təşkilatçıları Azərbaycanın da daxil olduğu 42 ölkədən ibarət müsabiqə iştirakçılarının siyahısını açıqlayıb.

Mynews.az Report-a istinadla xəbər verir ki, müsabiqənin dəniz balıqqulağını xatırladan loqotipi və “Hamı göyərtəyə!” adlı rəsmi şüarı təqdim edilib.

Müsabiqə 2018-ci ilin mayında Lissabon şəhərində keçiriləcək.

Bütün iştirakçı ölkələr: Avstraliya, Avstriya, Azərbaycan, Albaniya, Belarus, Belçika, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, Gürcüstan, Danimarka, İsrail, İslandiya, İspaniya, İrlandiya, İtaliya, Kipr, Latviya, Litva, Malta, Moldova, Niderland, Norveç, Polşa, Portuqaliya, Rusiya, Rumıniya, San-Marino, Serbiya, Sloveniya, Ukrayna, Finlandiya, Fransa, Xorvatiya, Monteneqro, Çexiya, İsveçrə, İsveç, Estoniya.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...