Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qadın telefonunu təmirə verdi, usta onun şəkillərini oğurlayıb şantaj etdi

Türkiyədə telefon aksessuarları satışı və təmiri ilə məşğul olan şəxs ondan ekran qoruyucusu alan qadını hədələyib.

İstanbulun Mecidiyeköy səmtində telefon aksessuarlarının satışı ilə məşğul olan şəxs ondan ekran qoruyucusu alan qadını telefonundakı intim görüntüləri ilə şantaj edib.

Telefonundakı şəkilləri şəxsi kompüterinə kopyalayan usta fotoları qadına göstərib və onunla sevgili olmağa məcbur edib.

Telefonda əri ilə uyğunsuz şəkillərinin olduğunu söyləyən qadın polisə xəbər verib.

Satıcı "şəxsi həyata müdaxilə, şantaj və təhdid" maddəsi ilə həbs olunub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...