512 rus və 200 azərbaycanlı terrorçu qadın saxlanılıb? - İraqda İŞİD-çi qadınların müəmması
İraqda İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 512 rus və 200 azərbaycanlı qadın saxlanılıb.
“Ölkə.Az” xəbər verir ki, bu barədə iraqlı millət vəkili Vian Dahil açıqlama verib. Onun verdiyi məlumata görə, İraq ordusunun İŞİD terror təşkilatına qarşı keçirdiyi əməliyyat nəticəsində 700-dən çox qadın saxlanılıb. Onun sözlərinə görə, saxlanılanlardan 512 nəfəri Rusiya, 200-ü isə Azərbaycan Respublikasının vətəndaşlarıdır.
“İraq ordusunun keçirdiyi əməliyyat nəticəsində 712 qadın İŞİD terror təşkilatı ilə əlaqəli olduğu üçün saxlanılıb. Onlardan 512-su Rusiya, 200-ü isə Azərbaycan vətəndaşıdır. Saxlanılanlar həbsxanaya yerləşdiriliblər”, - deyə millət vəkili bildirib.
Xəbərin ardından İraq hökumətindən məsələyə rəsmi münasibət bildirilib. İraqın Müdafiə Nazirliyi verilən informasiyanın həqiqətə tam uyğun olmadığını bildirib. Nazirlikdən bildirilib ki, İraq ordusunun keçirdiyi əməliyyat nəticəsində İŞİD terror təşkilatının çox sayda üzvü saxlanılıb. Lakin saxlanılanların sayı və hansı ölkədən olmaları dəqiqləşdirilməyib.
Dünya
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu
- Moskvada daha bir DƏHŞƏT
- Məşhur aktyor "Oskar"a çılpaq qatıldı
- Zəlzələdə anasını itirdi, bir gün sonra oğlu dünyaya gəldi
- İnsult keçirən ustad aktyorun son vəziyyəti açıqlandı
- Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda - FOTO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 923 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 905 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 596 dəfə oxunub