Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Boşanan arvadını oğurlayıb öldürmək istədi - Qardaşı ilə keçmiş ərin İLGİNC PLANI - VİDEO

Türkiyənin Adana şəhərində döyüldüyü üçün ərindən boşanan və daha sonra keçmiş əri tərəfindən qaçırılaraq şiddət görən 3 uşaq anası bu dəfə də qadın paltarı geyən qardaşı tərəfindən dönər bıçağıyla vurulub.

Mynews.az milli.az-a istinadən xəbər verir ki, iddiaya göre, Huriye G. (28) 11 il öncə uzaq qohumu Mustafa G.(37) ilə ailə həyatı qurub. Bu evlilikdən 3 uşaqları olub, ancaq Mustafa G. arvadını tez-tez döydüyü üçün Huriye G. boşanmaq üçün müraciət edib. Cütlük 3 il öncə boşanıb, ancaq Mustafa G. Huriye G.-dan əl çəkməyərək, onu ölümlə təhdid edib. Bir müddət sonra Mustafa Huriyeni qaçıraraq öldürmək istəyb. Amma polis son anda Mustafani təsirsiz hala gətirərək faciənin qarşısını alıb. Mustafa həbs edilib. Ancaq bir müddət sonra Huriye şikayətini geri çəkib. Mustafa azadlığa çıxıb və qadını yenidən ölümlə təhdid etməyə başlayıb.

Bu zamanlar bacısı A.Ç.-nin evinə köçən Huriye G. pul qazanmağa başlayınca iddiaya görə, bu dəfə də narkotik asılısı olan ögey qardaşı Salih G. ondan tez-tez pul tələb edib. İlk vaxtlar qardaşına pul verən Huriye bu tələblərin ardı kəsilməyincə bir daha pul verməyib. Salih bir həftə öncə bacısının qaldığı evə basqın edərək dönər bıçağıyla təhdid edib. Polisin gəlməsiylə olay yerindən qaçan şübhəli saxlanılıb. Qardaşına Huriyeyə 400 metr yaxınlaşmamaq cəzası verilib, elektronik qolbağı taxılıb. 

İddiaya görə, həm keçmiş əri, həm də ögey qardaşı istədiyini alamayınca bu dəfə birləşib plan qurublar. Öncə 7 noyabr günü keçmiş ər Mustafa və qardaşı Salih Huriyenin iş yerinə gələrək bıçaq çəkiblər. Qolbağının siqnal verməsi sonrası hadisə yerinə gələn polis Mustafanı yaxalasa da, Salih qaçıb. Bir gün sonra isə Salih elektronik qolbağını çıxarıb, qadın geyimində Huriyeyə dönər bıçağı ilə hücum edib. Huriye G. alnından və əlindən yaralanıb. Digər vətəndaşların müdaxiləsi sonrası Salih qaçıb. Ancaq Huriyenin 3 min 500 lirə pulunu da əlindən ala bilib. 

Bir neçə barmağı qopan və üzündə bıçaq kəsikləri olan Huriye müalicə edildikdən sonra Qadın Sığınacaq Mərkəzinə yerləşdirilib.

Polis Huriye G.-nin önünü kəsərək təhdid edən keçmiş əri Mustafa G.-ni, olayla əlaqəsi olduğu irəli sürülən atası Ahmet G. (67), ögey anası Bedriye G., ögey qardaş Abit G. ilə birlikdə 6 nəfəri saxlayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...