Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

47 yaşlı müəllim evlənmək vədi ilə 17 yaşlı şagirdi qaçırdı

47 yaşlı müəllim 17 yaşlı şagirdini evlənmək məqsədilə qaçırması iddiası ilə həbs edilib.

Publika.az xəbər verir ki, hadisə Türkiyənin Osmaniyə şəhərində baş verib. İmam Hatip liseyində direktor müavini Xəzər Doğan adı açıqlanmayan 12-ci sinif şagirdini evlənmək vədi ilə qaçırıb. Ailənin şikəyətindən sonra müəllim saxlanılıb.

Bir müddət əvvəl həyat yoldaşından boşanan X.Doğan ifadəsi alınandan sonra məhkəməyə çıxarılıb. Məhkəmənin qərarı ilə həbs edilib. 17 yaşlı qız isə öz istəyi ilə qaçdığını deyib. Qız ailəsinə təhvil verilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...