Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

9 uşaq anası ailəsini atdı

Onu əsla bağışlayan deyiləm. Onu övladları, Tanrı da bağışlamaz.

Mynews.az xəbər verir ki, İngiltərənin Cənubi Taynsayd səmtindəki Şərqi Boltonda yaşayan 44 yaşlı Endi Hepvort belə deyir.

Onun arvadı, 44 yaşlı Haydi ailəsini, ərini və 9 övladını ataraq Qambiyadan olan məşuqu Mamadu Callounun yanına yollanıb.

Haydi Hepvortun dediyinə görə, hər şey martda başlanıb.

"Məhz mart ayında Facebook-da tanımadığım kişilərin yazdıqlarına cavab verməyə başladım. Onların arasında Mamadu da vardı. Qambiyalı bu gənclə yazışdıq, ona vuruldum, sevdim. Sonra da yanına yollandım", - Haydi Hepvort deyib.

İndiyədək əsla Britaniyanı tərk etmədiyini, xarici ölkələrdə olmadığını deyən 44 yaşlı Haydinin sözlərinə görə, ötən aydan bəri Qambiyada, sevgilisi Mamadu ilə birlikdə yaşayır.

23 illik nikahda olduğu ərini və uşaqlarını atıb Afrikaya, məşuqunun yanına yollanan qadın "həyatında ilk dəfə əsl sevgi yaşadığını" vurğulayıb.

Mənbə: milli.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...