Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

NATO-dan Türkiyəyə S-400-lə bağlı xəbərdarlıq

Türkiyənin Rusiyadan aldığı S-400 zenit-raket kompleksləri Şimal Atlantik alyans ölkələrinin silahlarına ziddir.

Mynews.az-ın məlumatına əsasən, bu barədə Türkiyə KİV-i ABŞ-ın müdafiə naziri Ceyms Mettisə istinadla xəbər verir. 

Bununla yanaşı, nazir Moskvada ZRK-nin alınmasını Ankaranın suveren qərarı olduğunu vurğulayıb. 

Xatırladaq ki, bir müddət əvvəl Türkiyə Çinin HQ-9 zenit raket komplekslərini almağa hazırlaşanda da alyans nümayəndələri bu ZRK-nin  hərbi blokun silahlarına zidd olduğunu bildirmişdilər. Əvəzində ABŞ-ın "Patriot"unu seçməyi məsləhət görmüşdülər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...