Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sosial şəbəkədə tanış olduğu tibb bacısını otelə dəvət etdi - 4 saata qədər... - FOTOLAR

Rusiyada dəhşətli hadisə baş verib. Qadını şam yeməyinə dəvət edən kişi onu dişləyib.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, 41 yaşlı Anatoli Ejkov internetdə tanış olduğu İrina Qonçar adlı qadını oteldəki otağına romantik şam yeməyi üçün dəvət edib. Narkotikin təsiri altında olduğu düşünülən Ejkov bir müddət sonra qadına hücum edib.

Spirtli içki içdikdən sonra özünü müdafiə edə bilməyəcək hala düşən qadına işgəncə verməyə başlayan kişi onu dişləyərək ətlərini qoparıb.

Deyilənə görə, adam qadına 4 saata qədər işgəncə verib. 41 yaşlı kişi qorxu dolu anlar yaşatdığı tibb bacısının burnundan, qulaqlarından, barmaq uclarından dişləyərək ətini qoparıb. O, bu etdiklərindən ləzzət alıb. Hətta vəhşiləşən adam qadının onurğalarını dişləyərək parçalamağa çalışıb.

O, daha sonra qadını kabellə boğmaq da istəyib. Ancaq qadın qanlar içində qaldığı üçün kişinin əlləri sürüşüb və cani məqsədinə çata bilməyib.

Qadının qışqırıq səsini qonşu otaqdan eşidənlər polisə xəbər verib. Bununla da 45 yaşlı tibb bacısı vəhşiləşmiş adamın əlindən alınıb. Qabırğalarının və bədəninin bir çox hissəsində qırıqlar olan qadının zədələrinin ciddi olduğu deyilir.

Rusiyanın "Hannibal Lekteri” adlandırılan Anatoli Ejkov polis sorğusu sonrası məhkəməyə qədər pul cəzası ilə şərti olaraq sərbəst buraxılıb. Bu da məhəllə sakinləri tərəfindən böyük reaksiyaya səbəb olub

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...