Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

2 əsgər ehtiyyatsızlıqdan bir-birlərinə atəş açıb yaraladı - ERMƏNİSTANDA

Ermənistan ordusunun 2 hərbi qulluqçusu döyüş postunda yaralanıb

Mynews.az xəbər verir ki, işğalçı Ermənistan ordusunun daha 2 hərbi qulluqçusu döyüş postunda odlu silah yarası alıb. Xəbəri sosial mediada paylaşanın yazdığına görə, Ermənistan tərəfindən işğal edilən Madagiz yaşayış məntəqəsində döyüş mövqeyində xidmət edən iki ermənistanlı hərbi qulluqçu odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

Postdan qayıdıb silahı boşaldarkən ehtiyatsızlıq səbəbindən avtomatdan açılan atəşdən yaralandığı iddia edilən Çarents Nazaryan və Armen Arakelyan hərbi hissənin tibb məntəqəsinə gətiriliblər. Vəziyyətlərinin orta olduğu bilidirilir.

İctimaiyyətdən gizlətmək məqsədilə hadisənin səbəblərini qərargah zabitləri özləri araşdırırlar.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...