Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ermənistanda tələbələrlə polis arasında toqquşma olub

Ermənistan parlamentinin qarşısında noyabrın 15-də hərbi xidmətdən möhlət hüququnun ləğvinə etiraz edən tələbələrlə polis əməkdaşları arasında toqquşma başlayıb.

Mynews.az-ın news.am saytına istinadən verdiyi məlumata görə, əvvəlcə etirazçılar parlament binasının qarşısındakı yolu bağlayıblar.

İrəvan polisinin rəis müavini Valeri Osipyan tələbələri ərazini tərk etməyə çağırıb. 

Polis əməkdaşları güc tətbiq etməklə etirazçıları hadisə yerindən uzaqlaşdırmağa çalışıblar, nəticədə toqquşma baş verib.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...