Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xanım müğənninin 10 yaşlı qızını qonşusu zorladı - Rəfiqəsinin atasından iyrənc əməl - FOTO

Antalyada 10 yaşlı qızı zorlamaqda təqsirləndirilərək 5 ay həbsdə qalan və 90 il həbsi istənilən 44 yaşlı bina səlahiyyətlisi A.Ö.-nün məhkəmə nəzarəti şərtiylə sərbəst buraxılmasına Cümhuriyət Baş prokurorluğu etiraz edib.

Milli.Az DHA-ya istinadən xəbər verir ki, müğənnilik edən F.Y. tez-tez səfərlərdə olduğu üçün 10 yaşlı qızına Muratpaşa qəsəbəsində yaşayan anası baxıb. May ayında turnedən qayıdan F.Y. qızının bikef olduğunu hiss edib. F.Y. uşağının əvvəllər birlikdə dərs hazırladığı binanın təhlükəsizlik işçisi A.Ö.-nün qızının yanına da getmədiyini görüb. F.Y. qızına A.Ö.-nün qızının yanına niyə getmədiyini soruşunca: "Bir daha o evə getmərəm" cavabını alıb. F.Y qızından bunun səbəbini soruşub. Azyaşlı qız  A.Ö.-nün onu zorladığını deyib. Eşitdikləri qarşısında şok olan ananın şikayətindən sonra may ayında saxlanılan 2 uşaq atası A.Ö. məhkəmənin qərarı ilə həbs edilib. 

A.Ö. barədə Antalya 5-ci Ağır Cəza Məhkəməsində 90 ilə qədər həbs istəyi ilə iddia qaldırılıb. Prosesdə azyaşlı qız ifadəsi zamanı  A.Ö.-nün müxtəlif vaxtlarda 3 dəfə onu zorladığını deyib. Çarəsiz qızcığaz axırıncı dəfə A.Ö.-nün yataq otağında ona təcavüz etdiyini bildirib.

Xanım müğənninin 10 yaşlı qızını qonşusu zorladı - Rəfiqəsinin atasından iyrənc əməl - FOTO

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...