Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İş adamının oğlu 1 milyona killer tutub atasını öldürtdürdü - FOTO

Türkiyədə iş adamı İsa Mindaşı öldürməkdə şübhəli bilinən 6 nəfərin məhkəməsi keçirilib.

Mynews.az musavat.com-a istinadən bildirir ki, onlardan biri mərhumun öz oğlu Burak Mindaşdır. Keçirilən məhkəmə prosesində Burak Mindaşın atasını öldürmək üçün digər şübhəlilərlə 1 milyon türk lirəsinə anlaşdığı məlum olub.

Qeyd edək ki, 59 yaşlı iş adamı Dənizli rayonunda maşınında gedərkən işıqforda öldürülmüşdü. Daha sonra İsa Mintaşın öldürülmədən az əvvəl mirasının böyük hissəsini müxtəlif dərnəklərə bağışladığı üzə çıxmışdı.

Məhkəmənin qərarı ilə 27 yaşlı Burak Mindaş, killer Kamil Erdem və digər 3 nəfərə ömürlük həbs cəzası verilib. Hadisədə əli olan Yusuf Çağın isə 14 il azadlıqdan məhrum edilib.

İş adamının oğlu 1 milyona killer tutub atasını öldürtdürdü - FOTO

İş adamının oğlu 1 milyona killer tutub atasını öldürtdürdü - FOTO

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...