Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası keçirildi - FOTO

Tbilisidə Ermənistan səfirliyi qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələbi ilə aksiya keçirilib, Mynews.az APA-ya istinadən xəbər verir.

Tədbir metronun Marcanişvili stansiyası qarşısından yürüşlə başlayıb. Aksiyada Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda girov götürülmüş və separatçı Dağlıq Qarabağ rejiminin qeyri-qanuni məhkəməsi tərəfindən azadlıqdan məhrum edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələb olunub.

“Azərbaycanlı girovlara azadlıq!”, "Ermənistanın işğalına son!" şüarları altında keçirilən tədbirə azərbaycanlıların yerli təşkilatlarının nümayəndələri, azərbaycanlı fəal gənclər və tələbələr qatılıb.

Aksiyada iştirak edən D. Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib ki, artıq 4 ildir azərbaycanlı girovlar qanunsuz olaraq erməni girovluğunda saxlanılır. O qeyd edib ki, aksiyanın keçirilməsində məqsəd dünya ictimaiyyətini azərbaycanlı girovların taleyinə biganə qalmamağa çağırmaqdır.

Tbilisi meriyası ilə razılaşdırılmış aksiya zamanı heç bir insident olmayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...