Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Muqabe istefa verməkdən imtina edir

Zimbabvenin prezidenti Robert Muqabe katolik keşişi Fidelis Mukonorinin vasitəçiliyi ilə hərbçilərlə aparılan danışıqlar zamanı istefaya getməyəcəyini  bildirib. 

Bu barədə Mynews.az Oxu.Az-a istinadən xəbər verir.

Agentliyi məlumatına əsasən, Muqabe “Zimbabvenin Afrika milli ittifaqı – Vətənpərvər cəbhə”  hakim partiyasının liderliyinə seçkilərin aparılmasında israr edir.  Prezident yalnız  partiya rəhbərliyinə seçkilərdə uduzacağı təqdirdə hakimiyyətdən gedəcəyini bildirib.

Xatırladaq ki, dünən Zimbabvedə hərbçilər hakimiyyəti ələ keçirərək 93 yaşlı prezidenti Robert Muqabe və xanımını ev dustağı ediblər. Lakin sonradan ölkənin birinci xanımına Zimbabveni tərk etməyə icazə veriblər. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...