Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yaponiyada bir qatar 20 saniyə tez hərəkət edərsə...

Yaponiyada dəmiryolu şirkəti qatarlarından birinin tez hərəkətə düşməsi səbəbindən sərnişinlərdən üzr istəyib.

"Qaynarinfo" xarici KİV-ə istinadən xəbər verir ki, noyabrın 14-də Tokio-Tsukuba arasındakı Tsukuba Ekspress xəttinin Minami Naqareyama stansiyasında qatarın planlaşdırılan vaxtdan (09:44) 20 saniyə tez hərəkətə düşməsinə görə dəmiryol şirkəti sərnişinlərdən üzr istəyib. 

Şirkətin göndərdiyi rəsmi üzrxahlıq məktubunda buna səbəb kimi heyətin müəyyənləşdirilmiş qrafikə diqqətsizlik səbəbindən əməl etmədiyi göstərilib.

Qeyd edək ki, dünyanın ən sıx dəmiryol xəttinə sahib olan Yaponiyada qatarların hərəkət vaxtı çox nadir hallarda dəyişdirilir. Bu dəqiqlik səbəbindən də Tokioda yaşayan yüzlərlə insan getmək istədikləri nöqtəyə vaxtlı-vaxtında çatır və minəcəkləri qatarın da çıxma vaxtını dəqiq bilirlər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...