Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Həbs edilən şahzadələrin birja hesabları donduruldu

Səudiyyə Ərəbistanı hökuməti korrupsiyada ittiham olunaraq həbs edilən şahzadələrin fond birjalarındakı ticarət hesablarını dondurub.

Mynews.az xəbər verir ki, ölkənin sərmayə bazarları rəhbərliyi həbsdə olan şahzadələrin və sahibkarların birja hesablarının dondurulmasını əmr edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Ali korrupsiyaya qarşı mübarizə komitəsi noyabrın 5-də aralarında 11 şahzadənin də olduğu nazirlər, hərbçilər və iş adamlarının saxlanılması barədə göstəriş verib. Ümumilikdə 208 nəfər istintaqa cəlb edilib. Həbs edilənlər arasında dünyanın ən varlı insanlardan biri şahzadə Əl-Valid bin Taləl də var. (Trend)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...