Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Məkkədə qadınla danışdığına görə həbs olundu - VİDEO - FOTOLAR

Səudiyyə Ərəbistanının Məkkə şəhərindəki restoranlardan birində çalışan 27 yaşlı şəxs həbs olunub. Polis onu "ictimai yerdə əxlaqsızlıqda və tərbiyəsizlikdə, asayişi pozmaq"da suçlayıb.

Mynews.az Milli.Az-a istinadən bildirir ki, 27 yaşlı kişinin yeganə "günah"ı ona yaxınlaşan qadının iki sualına cavab verməsi olub.

"O qadın mənə yaxınlaşdı, taksi dayanacağının harada olduğunu soruşdu. Dedim. Sonra təşəkkür etdi, vəssəlam", - 27 yaşlı restoran əməkdaşı polisdə verdiyi ifadəsində bildirib.

Restoran işçilərinin nahar fasiləsi zamanı çöldə siqaret çəkən bu şəxs ona yaxınlaşan qadını tanımadığını söyləyib.

Səudiyyə Ərəbistanının qanunvericiliyinə görə, ictimai yerlərdə bir-birinə yad, "naməhrəm" olan qadınla kişinin danışmaları yasaqdır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...