Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Üç bacı kabab yeyəndən sonra dünyasını dəyişdi - ÖLKƏ ŞOKDA...

Daşkənndə həddi buluğa çatmamış üç bacı yerli kafelərdən birində kabab yedikdən sonra həyatlarını itiriblər. 

Bunu Moderator.az saytının rus versiyası "Sputnik Tacikistan"a istinadən xəbər verir.

Şahidlərin verdikləri məlumata əsasən bacılar bir qədər əvvəl əzilmiş ətdən hazırlanmış kababdan yedikdən sonra özlərini pis hiss etməyə başlayıblar. Onlar qarın nahiyəsində çox güclü ağrıların olmasında şikayətlənirmişlər. 

Bacılar dərman qəbul etsələr də, bu onlara kömək etməyib. Onlardan biri təcili tibbi yatdım maşınında  xəstəxanaya aparılarkən vəfat edib. 

Digər iki bacı da bir birinin ardınca qəfildən həyatlarını itiriblər. 

İndi bütün Özbəkistan bu ölümün gerçək səbəbinin nə olması barədə rəsmi qurumların açıqlamasını gözləyir. Bacıların ölümcül zəhərlənməsinin səbəbi ciddi araşdırılır. Bu fakt üzrə Olmazar rayon prokurorluğu tərəfindən cinayət işi başlanılıb və araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...