Rusiyada polis Azərbaycan diaspor rəhbərinə qarşı zor tətbiq etdi - FOTO
Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərindəki yerli Azərbaycan diasporunun rəhbəri Sərraf Kərimov mülki geyimli polislərin fiziki təzyiqinə məruz qaldığı üçün məhkəməyə müraciət edib.
Mynews.az xəbər verir ki, Birləşmiş Dünya Azərbaycanlıları Birliyinin Tatarıstan Respublikası üzrə rəhbəri olan S. Kərimov APA-ya açıqlamasında faktla bağlı şəhərin Novo-Saviniovskiy rayon məhkəməsində məhkəmə prosesinin başladığını deyib.
Hadisə barədə danışan diaspor rəhbəri qeyd edib ki, iki azərbaycanlı arasındakı mübahisə ilə əlaqədar onları barışdırmaq istəyib. O, həmyerlilərinin dəvəti ilə Novo-Saviniovskiy rayonuna getdiyini söyləyib: “Avtomobildən düşməmiş qəflətən bir neçə mülki geyimli və silahlı şəxs mənə hücum etdi. Məni təhqir edərək avtomaşından zorla düşürdülər. Dəfələrlə onlardan nə baş verdiyini, kim olduqlarını, niyə belə aşağılayıcı şəkildə rəftar etdiklərini soruşsam da, heç bir cavab verilmədi. Ardınca polisin xüsusi təyinatlıları gəldi və məni Sovetskiy rayon polis bölməsinə aparıb, heç nə demədən səhərə kimi saxladılar və sonra buraxdılar. Bu, təkcə mənə yox, azərbaycanlılara qarşı böyük hörmətsizlik idi. Bu hadisənin ardınca şəhərdə harada azərbaycanlı görürlərsə, saxlayıb incidirlər. Səbəb kimi göstərirlər ki, iki azərbaycanlı arasındakı insidentlə bağlı cinayət işi ilə əlaqədar tədbirlər görülür.
Mən başa düşə bilmirəm, iki nəfərə görə bütöv bir xalq bu qədər incidilərmi? Artıq şəhərin Novo-Saviniovskiy rayon məhkəməsində polisə qarşı iddia qaldırmışıq. Mənə edilən basqının əvvəldən axıra qədər videoçəkilişi də var. Məhkəməyə qədər mənə çox təsirlər oldu ki, ərizəmi geri götürüm. Amma götürmürəm, çünki mənə və şəhərdəki həmvətənlərimizə qarşı açıq formada özbaşınalıq baş verir”.
Dünya
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu
- Moskvada daha bir DƏHŞƏT
- Məşhur aktyor "Oskar"a çılpaq qatıldı
- Zəlzələdə anasını itirdi, bir gün sonra oğlu dünyaya gəldi
- İnsult keçirən ustad aktyorun son vəziyyəti açıqlandı
- Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda - FOTO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 977 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 944 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 934 dəfə oxunub