Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

WSJ: İvanka Tramp atasını iqlim sazişindən çıxmamağa razı salıb

Donald Tramp ABŞ-ın iqlim üzrə sazişdən çıxmasına dair fərman imzalamayacaq, bu qərarı o, qızı İvanka və onun əri Cared Kuşnerin təsiri altında verib. 

Oxu.Az RBC-yə istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. 
Daha öncə o, bu fərmanı ləğv etməyə çağırırdı. 

Donald Trampın böyük qızı İvanka və onun əri Cared Kuşner amerikalı prezidenti ABŞ-ın Paris iqlim dəyişikliyi ilə mübarizə sazişindən çıxmasına dair fərmanı imzalamamağa razı salıblar. Bu barədə “The Wall Street Journal” nəşri vəziyyət ilə tanış olan mənbəyə istinadən məlumat yayıb. 

Bu saziş ilə əlaqədar xatırlatma Trampın gələn həftə imzalamalı olduğu fərmanlar layihəsindən çıxarılıb. “WSJ”-in Ağ Evdəki həmsöhbətinin sözlərinə görə, Kuşner və İvanka hesab edirlər ki, iqlimin dəyişməsi ilə mübarizə və ekologiya problemləri Tramp administrasiyası üçün prioritet istiqamətlərdən olmalıdır. 

Qəzet yazır ki, İvanka Trampın bu mövqeyi dekabrda ABŞ rəhbərinin və iqlim dəyişikliyi üzrə məsələlərin nüfuzlu fəalı olan sabiq vitse-prezident Albert Qoranın görüşünə səbəb olub. Qor bu görüşü “ümumi kəsişmə nöqtələrinin səmimi axtarışı” adlandırıb. 

“Bu addım (Trampın Paris sazişi üzrə mövqeyinin dəyişməsi) – Trampın qızının və Kuşnerin Ağ Evdə nüfuzunu bir daha sübut edir”, - qəzet yazır. 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...