Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

LXR-nın Baş Prokurorluğuna hücum edildi

Naməlum silahlı şəxslər qondarma Luqansk Xalq Respublikasının (LXR) Baş Prokurorluğunu ələ keçiriblər.

Bu barədə Mynews.az Oxu.Az-a portalına istinadən xəbər verir.

Məlumata əsasən, 200-ə yaxın silahlı şəxs binaya hücum edib. 

Bildirilir ki, LXR-nın Baş Prokurorluğunun hərbi sahədə qanunlara riayətə nəzarət üzrə idarəsinin rəisi Sergey Rahno və “respublikanın baş prokuroru” vəzifəsinin icraçısı Vitali Podobrıy saxlanılıblar.

Qeyd edək ki, məlumatın hələ rəsmi təsdiqi yoxdur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...