Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şimali Koreya ordusunda qadınların dəhşətli həyatı - FOTOLAR

Şimali Koreyadan qaçan və uzun müddət orduda xidmət edən Li So Yeon adlı qadın o illərə bağlı dəhşətli faktları dilə gətirib.   Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, təxminən 10 il əsgər olan və 10 il əvvəl Şimali Koreyanı tərk etmiş Li So Yeon o illəri hələ də dəqiq xatırladığını deyir:   "Çox tərləyirdik. Döşəklərimiz çəltik qabığından hazırlanmışdı. Bədənimizin iyi döşəklərə hopur, çox pis qoxu yaranırdı. Orduda ən çətin şeylərdən biri də çimmək idi. İsti su yox idi və dağdan axan suya bağlı olan borunun altında yuyunurduq. Borudan üstümüzə qurbağa və ilanlar düşürdü. 17 yaşımda hər gün yemək yeyə bilmək üçün orduya yazılmışdım. Səbəb 1990-cı illərdə ölkədə baş verən quraqlığa görə yaranmış qıtlıq idi. Başlanğıcda ordunu sevirdim, mənə saçqurudan fen hədiyyə edilmişdi, amma elektrik çox az vaxt verildiyi üçün istifadə edə bilmədim. Stress, qeyri-sağlam qidalanma, pis münasibət qadınlarda ciddi sağlamlıq probleminə səbəb olurdu. Bir çoxumuzda mensturasiya dövrü baş vermirdi. Əslində, buna sevinirdik, çünki gigiyena problemimiz daha az olurdu və sayı çox az olan bezlərə ehtiyacımız qalmırdı"   Şimali Koreya üzrə ekspert Ciun Bek məsələ ilə bağlı danışıb: "Bu ölkəni tərk edən insanların açıqlamalarına şübhə ilə yanaşmaq lazımdır, çünki bəzi media qurumları hadisələrin təhrif edilməsi, şişirdilməsi üçün insanlara pul ödəyirlər. Şimali Koreyanı tərk edən, lakin mətbuata danışmaqdan imtina edən şəxslər pul qarşılığında yalan danışanlara pis münasibət göstərirlər. Lakin deyə bilərəm ki, BBC Li So Yeona açıqlaması üçün pul ödəməyib".   "100 sualda Şimali Koreya" kitabının müəllifi Culiet Marillotdeyir ki, Şimali Koreya kişilərin hökmran olduğu cəmiyyətdir, orada qadınlar toplumun ikinci dərəcəli nümayəndəsi hesab edilir və onlara "Aid olduğunuz yer olan mətbəxdə qalın" deyirlər.    Şimali Koreyada 2015-ci ildə qəbul edilmiş qanuna görə, 18 yaşını keçmiş bütün qadın və kişilər əsgərliyə getməlidir. Qadınlar 7, kişilər isə 10 il orduda xidmət etməyə məcburdur. Statistika göstərir ki, ölkədəki yaşı 18-25 aralığında olan qadınların 40%-i hərbi xidmətdədir.    Son dövrlərdə Şimali Koreya höküməti qadın hərbçilərə yüksək keyfiyyətli şəxsi gigiyena məhsulları paylamışdı. Ciun Bek bu addımın keçmişdə baş vermiş xoşagəlməz hadisələrin kompensasiyası məqsədi daşıdığını deyir.    2016-cı ildə Şimali Koreya "Lancome", "Chanel", "Christian Dior" kimi beynəlxalq markalarla rəqabət məqsədilə "Pyongyang Products" adlı kosmetik markanın məhsullarını ordu üzvü olan qadınlara paylayıb.    Həm Cuin Bek, həm də Culiet Marillot qeyd edir ki, Şimali Koreya ordusunda cinsi zorakılıq və zorlama halları kifayət qədər çox rast gəlinən haldır, qadınların hamısı özlərinin olmasa da, ordudakı digər qadınların zorlandığını deyirlər. Li Se Yeon bildirir ki, 1992-2001-ci illərdə komandirləri günün sonunda otağında qalır və özündən kiçik rütbəli qadınları zorlayırdı.    Morillot Şimali Koreyada zorlamanın ciddi cinayət hesab edildiyini və cəzasının 7 il həbs olduğunu, lakin qadınların ifadə verməməsi səbəbilə cinayətkarların cəzasız qaldığını deyir. Şimali Koreyada həmçinin qadınlara qarşı ailədaxili zorakılıqlar da cəzasız qalır və səbəb kimi cəmiyyətdə kişilərin üstün hesab edilməsi göstərilir.    Qeyd edək ki, Li So Yeon 28 yaşında ordunu tərk etdiyini, ondan sonra pul qazanmaqda çətinlik çəkdiyini və buna görə də ölkəsindən Cənubi Koreyaya qaçmaq qərarına gəldiyini deyir. O, əvvəlcə Çinə qaçmağa çalışıb, lakin sərhəddə tutularaq əsir düşərgəsinə göndərilib. 1 il orada qalandan sonra 2-ci cəhddə Tümen çayını üzərək Çinə keçə bildiyini deyən Yeon Çindən asanlıqla Cənubi Koreyaya gedə bildiyini vurğulayır.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...