Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ordudakı nöqsanları deyən "Zampolit"ə təzyiqlər edilir

Düşmən ordusunun zabiti, komandir müavini Sulik Danielyan qışa hazırlıqla əlaqədar ön xətt mövqelərindəki vəziyyətlə bağlı məruzə hazırlayıb. 

BiG.AZ xəbər verir ki, “Zampolit” vəzifəsində xidmət edən Sulik Danielyan Ermənistan ordusundakı nöqsanlardan danışıb və özünü bəlaya salıb. 

Onun hazırladığı məruzədə deyilir: “Şəxsi heyət qış mövsümünə zəif hazırlıqlıdır. İsitmə şəraitləri yoxdur. Yanacaq və isti geyim ləvazimatları çatışmır.Ona görə də şəxsi heyət arasında külli xəstəlik, əsasən də pnevmaniya yayılmaqdadır. Hərbi kontingent soyuqdan donmamaq və özünü gızdırmaq məqsədi ilə əsasən spirtli içkilərdən istifadə edir ki, bu da onlar arasında nizam-intizamın zəifləməsinə və nizamnamədən kənar münasibətlərin meydana gəlməsinə səbəb olur”. 

İşğalçı ordudakı nöqsanları məruzəsində qeyd edən və yaxınları ilə bölüşəndən sonra komandir müavini S.Danielyan yuxarı komandirlər tərəfindən təqiblərə və təzyiqlərə məruz qalıb. Yazdığı məruzədən sonra özünə qarşı münasibətdən təngə gələn ermənistanlı zabit ordudan tərxis olmaq üçün yollar axtarır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...