Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tələbə yataqxanada doğduğu uşağı pəncərədən atdı - FOTO - VİDEO

19 yaşlı tələbə universitetin yataqxanasında gizlicə doğduğu körpəsini binanın 4-cü mərtəbəsinin pəncərəsindən atıb.

Mynews.az Milli.Az-a istinadla bildirir ki, hadisə Çinin şimal qərbindəki Şanxay vilayətinin Mühəndislik və Texnologiyalar Kollecinin yataqxanasında baş verib.

Fotodan göründüyü kimi tələbə körpəni yataqxananın adyalına bükərək pəncərədən atıb.

Cinsiyyəti açıqlanmayan körpəni yataqxananın mühafizə işçiləri tapıblar.

Xəstəxanadan bildirilib ki, körpə ölüb.

Polis hadisə ilə bağlı araşdırma aparır. Qız kollecdən çıxarılaraq ailəsinin yanına göndərilib.

Onun müəllimlərinin dediyinə görə, o, çox yaxşı tələbə olub və hər zaman dərslərdə iştirak edib.

Qızın ailə qurmadan cinsi əlaqədə olduğuna və sevgilisi tərk etdiyinə görə bu hərəkəti etdiyi düşünülür.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...