Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İŞİD terrorçularının gizli məscid oyunu - DƏHŞƏTLİ FAKTIN ÜSTÜ AÇILDI

Misirin Sinay yarımadasında, Al-Rauda kəndindəki məsciddə baş verən terror aktı İŞİD terror təşkilatı tərəfindən törədilib.

“Ölkə.Az” xəbər verir ki, bu barədə “Sina” agentliyi məlumat yayıb. Verilən məlumata görə, İŞİD terror təşkilatının üzvləri dəhşətli qırğını intiqam almaq məqsədilə törədiblər.

Hadisəni törədən terrorçular 30 nəfər olub. Onlar məsciddə olanlara avtomatdan atəş açıblar. Bəziləri isə məscidin içərisinə əl qumbarası atıb. Terrorçuların çoxu maskada olub. Bəzilərinin isə uzun saç və saqqalda olduğu bildirilib.

Qeyd edək ki, noyabrın 24-də Misirin Sinay yarımadasında məsciddə dəhşətli partlayşı baş verib. Hücum Al-Rauda kəndindəki məsciddə cümə namazı vaxtı baş verib. Kənd Əl-Əriş şəhəri yaxınlığında yerləşir. Terrorçular kütləyə atəş açıblar və bir neçə partlayıcı qurğunu işə salıblar. Məsciddən daha çox sufilərin istifadə etdikləri də vurğulanıb. Terror aktı nəticəsində həlak olanların sayı 305 nəfərə çatıb. Hadisə zamanı 130-dan çox insan xəsarət alıb.

Misir prezidenti Əbdülfəttah əs-Sisinin müdafiə, daxili işlər və təhlükəsizlik nazirləri ilə müşavirə keçirəcəyi bildirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...