Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ərdoğan Rza Zərrab iddialarına sərt reaksiya verib

Türkiyə prezidenti “Məhkəmənin nəticəsi olursa olsun, biz doğrusunu etdik, embarqonu pozmadıq” deyib

Türkiyə prezidenti iş adamı Rza Zərrabın ABŞ-da məhkəmə prosesində verdiyi ifadələrlə bağlı açıqlama verib. Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident bu sözləri bu gün Ədalət və İnkişaf partiyasının millət vəkilləri ilə keçirdiyi toplantıda söyləyib. Rəcəp Tayyip Ərdoğan embarqo ilə bağlı olaraq ABŞ qarşısında heç bir öhdəliklərinin olmadığını, İranla həm ticarət , həm də enerji sahəsində dərin münasibətlər qurduqlarını  sözlərinə əlavə edib. “Dünya Amerika Birləşmiş Ştatlarından ibarət deyil” deyən Türkiyə prezidenti təpkisini dilə gətirib.

Bundan başqa Türkiyə prezidenti Cümhuriyyət Xalq parityasının sədri Kamal Kılıçdaroğlunun Ərdoğana yaxın adamların xaricə qeyri-qanuni olaraq valyuta sızdırması ilə bağlı iddiaları ilə əlaqədar onun bu həmləsinə görə layiqli cavabını alacağını bəyan edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...