Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dağıstan çempionu istintaq təcridxanasında xarakiri etdi

Qarışıq döyüş sənətləri (MMA) üzrə Dağıstan çempionu Akim Quliyev istintaq təcridxanasında xarakiri edib. 

Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Mahaçqalada baş verib.

Tibb işçilərinin təcili müdaxiləsindən sonra idmançı xəstəxanaya yerləşdirilib. Qohumları Quliyevin polis işgəncələrinə məruz qaldığı üçün bu addımı atdığını bildirib.
Bir müddət əvvəl tanınmış MMA döyüşçüsü Həbib Nurmaqemedov da dövlət qurumlarına müraciət edərək, dostu Quliyevin hüquq-mühafizə orqanlarının əməkdaşlarının işgəncəsindən qorunmasını tələb edib.

Qeyd edək ki, Quliyevin Dağıstanın Rutulski rayonunun icra hakimiyyətinin binasını yandırmaqda şübhəli bilindiyi üçün həbs olunduğu söylənilir. Lakin idmançının qohumları ittihamı qəbul etmirlər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...