Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Türkiyədə kişilərə - QƏRİBƏ QADAĞALAR

Türkiyədə kişilərin saç, saqqal və bığlarını qara rəngə boyamaları qadağan edilib.

Mynews.az Oxu.Az-a istinadən məlumatına görə, müvafiq fətvanı Türkiyə Diyanət İşləri İdarəsi verib.

“Saç, saqqal və bığların boyanması yalnız o halda mümkündür ki, məqsəd insanları aldatmaq olmasın. İslam qaydalarına əsasən, kişilərin saçlarını qara rəngə boyamaları yolverilməzdir. Bu qəbuledilməzdir”, - fətvada bildirilir.

Bundan əlavə, qurumdan qeyd ediblər ki, İslama zidd olan musiqiyə qulaq asmaq da günahdır.

Həmçinin Türkiyədə spirtli içki satılan yerlərdə işləmək də qadağan olunub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...