Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rza Zərrabın əlindən alınan mülklərinin siyahısı açıqlandı

Hazırda ABŞ-da həbsxanada olan iş adamı Rza Zərrabın bütün mülkünü İstanbul Cümhuriyyət Baş Prokurorluğu müsadirə edib. 

Mynews.az  axşam.az-a istinadən bildirir ki, Zərrabla yanaşı 22 yaxınının da mülkü əlindən alınıb. Bu siyahıda Zərrabın qızı Alara da var. Həyat yoldaşı Ebru Gündeşi isə ailə qurmazdan əvvəl imzaladığı evlilik müqaviləsi xilas edib. Belə ki, müğənni sahib olduğu var-dövləti müqaviləyə görə əlində saxlaya bilib. 

Türkiyə mətbuatı Zərrabın əlindən alınan mülklərinin siyahısını açıqlayıb:

- İstanbul Boğazında Kanlıca bölgəsində 2 ədəd villa

- Kandillidə köşk

- 12 milyon dəyərində (təxminən 6 milyon manat) "Challenger 300" tipli özəl təyyarə

- 1 milyon 50 min lirə dəyərində (təxminən 750 min manat) Nəzmi Ziyanın "Öz Evi" tablosu

- İstanbulda 4 milyon lirəlik (təxminən 2 milyon manat) ev

- Bakırköydə üç ədəd lüks mənzil

- "Metroport Busidence Plaza"da iki ofis mərtəbəsi

- Tuzlada fabrik

İş adamının şərik olduğu şirkətlərin də adları açıqlanıb:

- Roysar Dənizçilik İndustriya Mexanika və Qiymətli Mədənlər Sənaye Ticarət anonim şirkəti

- Roysr Holdinq anonim şirkəti

- Roysar Ərzaq Xarici Ticarət şirkəti

- Roysar Qızıl Ticarət İdxalar və İxracat şirkəti

- Are Hava anonim şirkəti

- Roysar Mebel Dekorasiyası Sənaye və Ticarət anonim şirkəti

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...