Saakaşvilinin mitinqində Azərbaycan bayrağı - FOTO
Xəbər verdiyimiz kimi, dünən Ukraynanın paytaxtı Kiyev şəhərində Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin "Yeni Qüvvələrin Hərəkatı" tərəfindən təşkil edilmiş "İmpiçment uğrunda marş" şüarı ilə aksiya keçirilib.
Mynews.az Xəzər News.az-a istinadən xəbər verir ki, minlərlə ukraynalının iştirak etdiyi mitinqə Azərbaycan diasporunun fəalları da qatılıb. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov yürüş zamanı və mitinqin keçirildiyi məkanda Mixail Saakaşvilinin yanında olub.
Mitinqdə Ukrayna ilə yanaşı, Azərbaycan bayrağı da dalğalanıb.
Aksiya iştirakçıları Taras Şevçenko adına parkda toplaşıblar, sonra hökumət orqanlarının binasına tərəf gediblər.
Aksiyaçılar bildiriblər ki, Ukraynada vəziyyət prezident Petr Poroşenkonun xalqın impiçmenti yolu ilə yaxşılaşa bilər. Mitinqçiləri hüquq-mühafizə orqanlarının əməkdaşları müşayiət ediblər.
M.Saakaşvili növbəti mitinqin bazar günü - Maydanda keçiriləcəyini elan edib. Bildirib ki, onu həbs etsələr belə, "Yeni Qüvvələrin Hərəkatı" məqsədinə çatmalıdır.
Həm yerli, həm də beynəlxalq ekspertlər vurğulayır ki, M.Saakaşvili Maydanda keçirəcəyi mitinqlə hazırkı prezident Petro Poroşenko və hökumətinin sonunu hazırlaya bilər.
Dünya
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu
- Moskvada daha bir DƏHŞƏT
- Məşhur aktyor "Oskar"a çılpaq qatıldı
- Zəlzələdə anasını itirdi, bir gün sonra oğlu dünyaya gəldi
- İnsult keçirən ustad aktyorun son vəziyyəti açıqlandı
- Türkiyədə 100 mindən çox şəxsi aldadan “Tosuncuk” həbsxanada - Tanınmaz halda - FOTO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 1016 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 974 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 963 dəfə oxunub