Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Hər şey bitdi, indi də Qüdsə keçdiniz, bu, nə deməkdir?" - Ərdoğandan ABŞ və İsrailə sərt mesaj

"Qüds müsəlmanların qırmızı cizgisidir".

Bu sözləri Türkiyə Prezidenti Ərdoğan deyib. O, ABŞ prezidentinin "Qüdsü İsrailin paytaxtı kimi tanıyacağıq, səfirliyimizi Qüdsə köçürəcəyik!"açıqlamasını şərh edərkən, bildirib ki, bu addım Ankara ilə İsrailin bütün əlaqlərini qoparda bilər:"Hər şey bitdi, indi də bunamı keçdiniz? Bu, nə deməkdir ki, Qüdsü paytaxt kimi tanıyacağıq?! Qüds bütün müsəlmanların qırmızı cizgizidir".   

Ərdoğan yaxın günlərdə İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələri İstanbula toplayıb, Qüdslə bağlı sərt mövqe sərgiləyəcəklərini də bəyan edib.    

Ərdoğanın bu xəbərdarlığına ABŞ-dan hələlik münasibət bildirilməyib.   

Ancaq rəsmi Tel-Əviv narahatlığını gizlətməyib və geri çəkilmək niyyətində olmadıqarını bəyan edib:"Qüds İsrailin tarixi paytaxtdır".  

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...