Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rusiya yeni silahlarını Suriyada sınaqdan keçirib - İTTİHAM

Rusiyanın müdafiə naziri Sergei Shoigu Moskvanın Suriyada apardığı hərbi kampaniyadan razılığını dilə gətirib. O, bu kampaniyanın yeni silah və özəl hərbi birləşmələrin sınaqdan çıxarılması üçün yaxşı test olduğunu bildirib.
 
"Təyyarəçilərin 90 faizi döyüş təcrübəsi qazanıb"
 
Fevralın 22-də Rusiya parlamentinin aşağı palatasında - Dumada çıxış edən müdafiə nazirinin sözlərinə görə, Suriyada 162 yeni silah sistemi sınaqdan çıxarılıb və bunun "yalnız 10-u"gözlənilən nəticəni verməyib.
 
Shoigu Dövlət Dumasında deyib ki, 2015-ci ilin sentyabrından bəri Suriyada prezident Bashar al-Assadhökumətinə dəstək üçün başladılan hava zərbələri kampaniysında 1760 hərbi uçuş gerçəkləşdirilib. Nazir Rusiya hərbi təyyarəçilərinin "təxminən 90 faizi"nin Suriyada döyüş təcribəsi qazandığını bildirib.
 
Suriya, Bashar al-Assad (sağ) Rusiyanın müdafiə naziri Sergei Shoigu Dəməşq, 18 iyun 2016
 
Qərb hökumətləri rusların hava hücumları kampaniyasını pisləmiş, bunun İŞİD döyüşçülərindən daha çox, müxalif qüvvələrə qarşı yönəldiyini vurğulamışdılar. Onlar bu hava zərbələrinin dinc əhali arasında önəmli dərəcədə itkilərə səbəb olduğunu da söyləmişdilər.
 
300 min adamın öldürüldüyü və bundan daha çox insanın ev-eşiyindən didərgin düşdüyü altıillik Suriya savaşı gedişində Rusiya Assad hökumətinə həlledici hərbi və diplomatik dəstək verib.
 
Suriya, Bashar al-Assad (sağ) Rusiyanın müdafiə naziri Sergei Shoigu Dəməşq, 18 iyun 2016
 
"Admiral Kuznetsov"dan qazanılan təcrübə gələcək "səhv"lərdən qoruyacaq?
 
Rusiyanın hava zərbələri kampaniyası münaqişənin gedişində Assad-ın xeyrinə dönüş yaratmağa kömək edib. Bunadək onun qüvvələri güclü təzyiq altında idi və əllərində olan əraziləri itirməkdə davam edirdilər.
 
Segei Shoigu Aralıq dənizinin şərq hissəsində Rusiyanın "Admiral Kuznetsov" təyyarədaşıyan gəmisinin də üzərinə düşən missiyanı uğurla yerinə yetirdiyini deyib. Həmin dəniz reydində iki qırıcı təyyarə itirilsə də, nazir bu təcrübənin gələcəkdə "səhv"lərdən qaçmağa kömək edəcəyini vurğulayıb.
 
Rusiyanın Russian Pyotr Veliky və Admiral Kuznetsov, 24 yanvar 2017
 
Onun sözlərinə görə, Rusiyanın xüsusi hərbi qüvvələri münaqişənin gedişində "terrorçoların məhv edilməsində, vacib düşmən obyektlətinin dağıdılmasında və hava zərbələrinin yönəldilməsində öz effektivliyini hamıya göstərib".
 
Rusiyanın Suriyadakı hərbi qüvvələrinin dəqiq sayı açıqlanmasa da, ekspertlər bu rəqəmin 4 min civarında olduğunu güman edirlər.
 
İnformasiya əməliyyatları ordusu?
 
Suriya savaşı Sovet İttifaqıının 1979-88-ci illərdə Əfqanıstanda apardığı müharibədən sonra Moskvanın ən böyük xarici hərbi kampaniyası sayılır. Shoigu verilən itkilər barədə danışmayıb.
 
Parlament üzvlərinin "informasiya savaşı" və "əks-təbliğat" haqqında suallarına cavabında Shoigu "informasiya əməliyyatları ordusunun yaradıldığını" bəyan edib. "Təbliğat ağıllı, savadlı və effektiv olmalıdır", - nazir bu sözləri dəDumadakı çıxışında dilə gətirib.
 
Rusiyanın Russian Pyotr Veliky və Admiral Kuznetsov, 24 yanvar 2017
 
2014-cü ildə Krımı zəbt etməsindən və Ukraynanın şərqində hökumət qüvvələri ilə döyüşən separatçılara dəstəyindən bəri Moskvanın Qərblə münasibətlərində gərginlik yaranıb. ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin İŞİD ekstremistlərinə hava zərbələri endirdiyi Suriyada Rusiyanın da əməliyyatlara başlaması bu gərginliyi daha da artırdı.
 
Qərb hökumətləri deyirlər ki, Rusiya xarici ölkələrdə siyasətə qarışmaq və təsirini artırmaq üçün təbliğatdan, kiberhücumlardan və digər üsullardan yararlanır.
 
Yanvarda ABŞ-ın xüsusi kəşfiyyat orqanları ötən ilin noyabrında bu ölkədə keçən prezident seçkilərində Rusiyanın haker hücumlarından, informasiya sızdırmalarından və digər üsullardan yararlandığını açıqlayıblar.
 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...