Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yeni ildə spirtli içkilərin - SATIŞINA QADAĞA

Yeni il qabağı paytaxtda spirtli içkilərin satışı məhdudlaşdırılacaq.

Publika.az xəbər verir ki, bu barədə Moskvanın Regional Təhlükəsizlik Departamenti məlumat verib.

Moskvada bayram ərəfəsində əhalinin kütləvi toplaşdığı məkanlarda tərkibində alkoqol olan içkilərin satışına qadağa qoyulacaq. Bu məhdudiyyətlər xüsusilə paytaxtın mərkəzi küçə və meydanlarına şamil ediləcək.

Buna səbəb insanların alkoqollu içkilərin təsiri altında bir sıra davranışlara yol verməsidir.

Xatırladaq ki, artıq 2 ildir Moskvada Yeni il və Milad bayramı günlərində ənənəvi olaraq spirtli içkilərin satışına qadağa qoyulur.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...