Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İsraildən Qüds açıqlaması - Hərbçiləri əraziyə cəlb edirik

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın Qüds qərarından sonra açıqlamalar verib.

Mynews.az Ölkə.az-a istinadən xəbər verir ki, Netanyahu digər ölkələrin də ABŞ-dan nümunə götürəcəyini iddia edib. Bundan başqa, açıqlamada bildirilir ki, İordan çayının qərb sahilinə hərbi birləşmələr cəlb edilir.

Netanyahu deyib: "Bir çox ölkə ABŞ-ın yolu ilə gedərək Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq. Bəziləri artıq bu məsələ ilə bağlı əlaqə yaradıb".

Sözügedən ölkələrin adını açıqlamayan baş nazir bu dövlətlərin bəzilərinin səfirliklərini Qüdsə ABŞ-dan əvvəl köçürəcəyini iddia edib.

İsrail ordu baş qərargahı təcili iclas keçirərək İordan çayının qərb sahilinə hərbi birliklər cəlb etmək barədə qərar qəbul edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...