Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ermənistanda Rusiya telekanallarının yayımının dayandırılması tələb olunur

“Biz hökumətdən Rusiya telekanallarının Ermənistan ərazisində yayımının qadağan olunmasını tələb edirik”.

Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu bəyanatla “Ermənistan dövləti naminə cəbhə” çıxış edib.

“Rusiya telekanalları Ermənistan Konstitusiyasını aşağıladığı, milli zəmində ayrıseçkiliyə, qanunla qadağa olunmuş fəaliyyətlərin təbliğatına yol verildiyi üçün biz “RTR-Planeta”, “Pervıy kanal” və “Mir” telekanallarının Ermənistanda yayımı ilə bağlı lisenziyanın ləğvini tələb edirik. Həmin səbəbdən NTV, “Zvezda”, “RenTV” və kabellə yayımlanan Rusiyanın bütün telekanallarının lisenziyasının fəaliyyətinin dayandırılmasını tələb edirik”, - deyə bəyanatda bildirilir. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...